"Heç kim Moskvanın vasitəçiliyi ilə..." - Avropa İttifaqı "Azərbaycanla Ermənistan arasında istənilən sazişi dəstəkləyəcəyik" mesajını verdi

img

25-05-2022 [09:27]


"Heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir. Avropa İttifaqı həmişə Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin həyata keçirilməsini dəstəkləyir".

Mia.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

O bildirib ki, təhlükəsizlik məsələlərini həll etmədən münaqişənin hərtərəfli və davamlı həllinə nail olmaq mümkün deyil: "Ona görə, dövlətlərarası münasibətlər olduqca vacibdir. Bu problemi həll etmədən hərtərəfli və davamlı həllə nail ola bilməyəcəyik. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında uzunmüddətli həlli təmin edən istənilən sazişi dəstəkləyəcək. Sülh prosesləri adətən qorxular, emosiyalar, fərziyyələr və yanlış şərhlərlə müşayiət olunur. Bu, təbiidir. Avropa İttifaqı qonşuluğunda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik. Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və Cənubi Qafqazda sabitliyə dəstək verən istənilən digər iştirakçı ölkələrlə əməkdaşlıqdan məmnunuq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR