Fransa XİN Əliyevlə Paşinyan arasında keçirilən son görüşlə bağlı açıqlama yaydı: "Bu, dialoqa öz hfəsini verəcək"

img

25-05-2022 [09:12]


Fransa Xarici İşlər Nazirliyi mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada deyilir:

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş ikitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə edilməsi ilə nəticələnib. Fransa Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyir. Və hesab edir ki, bu, dialoqa milli zəmində öz töhfəsini verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR