Ceyhun Bayramovla Lavrov telefonda danışdı: "Bölgədəki vəziyyət və..."

img

23-05-2022 [18:58]


Mayın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Mia.az XİN-ə istinadla bildirir ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR