NATO baş katibi: "Hər iki ölkə Türkiyənin narahatlığını diqqətə almalı və həll etməlidir"

img

21-05-2022 [18:50]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan müzakirədə Türkiyənin NATO-nun "açıq qapı" siyasətini səmimi şəkildə dəstəklədiyini deyib. Ancaq o, əlavə edib ki, NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməlidir: "Əks halda Türkiyə onların üzvlüyünə "hə" deməyəcək".

NATO baş katibi isə deyib ki, hər iki ölkə Türkiyənin narahatlığını diqqətə almalı və həll etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR