"Lotu Quli"nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə hökm oxunub (Yenilənib)

img

23-05-2022 [12:45]


Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub/Report.

Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərdən birində başından 4 güllə ilə vurularaq öldürülüb.

***

20.05.2022. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Mia.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüsal Axundovun verilmiş ittihamlarla təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını ələ keçirib.

O, sahibkar əmisi oğluna kriminal avtoritet "Lotu Qulu"ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirməkdə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR