"Azov alayı: “Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”

img

20-05-2022 [14:37]


“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”.

Bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib.

Onun sözlərinə görə, həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti altında olan əraziyə təhvil veriləcək: “Mülki sakinlər təxliyə edilib. Ağır yaralılara lazımi yardım göstərilib, onlar gələcəkdə dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, proses davam edir. Ümid edirəm ki, yaxın gələcəkdə döyüşçülərin qohumları və bütün Ukrayna onları şərəflə dəfn edə biləcəklər”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA