Bakıda ICESCO-nun regional ofisi açılacaq

img

19-05-2022 [17:12]


"Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) regional ofisi açılacaq".

Bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Şuşada jurnalistlərə bildirib.

“Azərbaycanda açılacaq regional ofis ilk vaxtlarda Bakıda yerləşəcək”, - əl-Malik deyib.

Baş direktor Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduğunu, yolların, hava limanlarının və digər infrastruktur obyektlərinin tikintisi nəticəsində hər şeyin necə dəyişdiyini öz gözləri ilə gördüyünü bildirib.

Xatırladaq ki, ICESCO-nun Azərbaycanda regional ofisinin açılması məsələsi təşkilatın Baş direktoru ilə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında keçirilmiş görüşdə müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR