PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşüb - Nələr müzakirə edilib?
19-05-2022 [15:33]
Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.
Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.
Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”, - tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.
Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür