Belarusun Baş naziri Bakıda sərgiyə, Gəncədə isə Ermənistanın raket atəşinə tutduğu əraziyə baş çəkib

img

19-05-2022 [13:31]


Bu gün Belarusun Baş Naziri Roman Qolovçenko ötən gün Bakıda işə başlamış və sabah başa çatacaq 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan”ı ziyarət edib.

Bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organizers" MMC-dən bildirilib.

Belarusun hökumət başçısı Azərbaycana ötən gün səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Mia.az xəbər verir ki, daha sonra Gəncəyə səfər edən Belarusun Baş naziri Roman Qolovçenko ilk olaraq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkib.

Daha sonra Gəncə Avtomobil zavodu ilə Belarusun iki zavodları arasında memorandumlar imzalanıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR