ƏLİLLİYİN MÜƏYYƏN OLUNMASI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Detallar açıqlandı (Yenilənib)
18-05-2022 [12:11]
Nazirlər Kabineti Əlilliyin müəyyən olunmasının yeni meyarlarını təsdiqləyib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair yeni meyarlar təsdiq olunub.
Bu qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
****
Nazirlər Kabineti ötən gün əlilliyin müəyyən edilməsinə dair yeni meyarları təsdiqləyib.
Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Nazirlər Kabinetinin sözügedən Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli Fərmanının 3.1.1. yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərara əsasən yeni “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib:
"Yeni meyarlarla əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə üzrə məhdud çərçivədə deyil, daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Belə ki, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi; II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi; III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq. Bu ilin iyulun 1-dən qüvvəyə minəcək meyarlara əsasən əlilliyin qiymətləndirilməsi Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla aparılacaq”.
Fazil Talıbov deyib ki, qərara əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək:
“Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir”.
***
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.
Nazirlikdən Mia.az-a verilən xəbərə görə, bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.
Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:
özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi, gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):
I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması, onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;
sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı):
I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;
istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı):
I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması;
ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):
I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
davranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı):
I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
öyrənmə bacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):
I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə həmin bacarıqları qavramaq çətinliyinin olması
əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):
I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı.
Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq.
Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir.
Mia.az
Lukaşenko Lavrovla görüşdə: "Onlar qatarın qabağında qaçırlar” - "Tranziti bağlamaq nə deməkdir?"
Ərdoğan NATO sammitin ilə bağlı brifinq keçirdi: "Prosesi diqqətlə izləyəcəyik və..."
Rəsmi London: “Ukrayna ölümcül silahlar vercəyik" - "Ukrayna Rusiya ordusunu darmadağın edə bilər”
Əli Əsədov daha bir qərar imzaladı
"Səbail" argentinalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb
"Bandotdel"dən əməliyyat: bu şəxslər tutulub - FOTO/VİDEO
Bayden "NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik" dedi, Rusiya və Çinə mesaj verdi: "Türkiyə ilə məsələni həll etməliyik"
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ukrayna yeni azad edilən İlan adasına qoşun yerləşdirəcək
SOCAR-da həbs: "Tender kralı" kimi tanınan vəzifəli şəxs saxlanılıb
İlham Əliyev Bakı konfransında: "Bu, qeyri-mümkündür, artıq o qrup ölüdür, cansızdır" - TAM ÇIXIŞ (Yenilənib)
Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb
Prezident bu şəxslərlə bağlı sərəncam verdi - TAM SİYAHI
Prezident daha bir qanunu təsdiqlədi
"Qalatasaray" klubu yeni transerlərə hazırlaşır
Hava şəraiti kəskinləşəcək - Xəbərdarlıq
“Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər" - Baş katib Türkiyənin önəminə diqqəti çəkdi
İsveç və Finlandiyanın NATO-ya qoşulma protokolunun tarixi açıqlandı
Daha 7 min qaziyə "Müharibə veteranı" adı veriləcək - Sənədlər komissiyaya göndərilib
"Turan Tovuz" klubu daha bir futbolçu alıb
Prezident İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə başlayıb
Ukrayna ordusu İlan adasını Rusiya qoşunlarından belə azad edib - Görüntülər yayıldı (VİDEO/Açıqlamalar)
Avropa qazın qiyməti qalxıb
Qulu Məhərrəmli: "Aparıcı səlahiyyətlərini aşıb, o, kobud tərzdə qonağı verilişdən uzaqlaşdırıb"
Azərbaycan və İran Araz çayından birgə istifadə ilə bağlı protokol imzaladı - Bölgü cədvəlləri hazırlanıb
Elza Yazıçılar Birliyinə üzv olur: "Mənə daha çox zəmanət vermək istəyənlər var idi, amma..
Rusiya Ukraynanın daha bir üç qırıcısını vurub
Anar Kərimov iranlı nazirlə müzakirə aparıb
Sabah hava necə olacaq? - Proqnoz
Neft Fondu 2739,4 milyon dollar satıb - Son 6 ayda
Daha bir telekanala xəbərdarlıq olunub
İsrail Knesseti buraxılıb
General və sabiq rəislər hakim qarşısında - Rüstəm Usubovun dindirmə protokolu yayıldı
Daha bir ölkə Ukraynaya PUA göndərir
Azərbaycan ordusunun əsgəri ölüb - Prokurorluq açıqlama yaydı
Sabirabadın baş memarı saxlanılıb
Yevlaxda əməliyyat: keçmiş məhkum polisi yaraladı
Azərbaycan neftinin qiyməti 127 dollara çatır
Rusiyalı teleaparıcı Azərbaycandan üzr istədi: "Səhv elədim"
GENERAL REKTOR TƏYİN OLUNDU - Sərəncam
Blinken: "Rusiya bu iddialarından əl çəkməyincə..."