Bakıda İƏT PA-nın komitələrinin iclasları keçirilib - Nələr müzakirə edilib?
17-05-2022 [17:30]
Bu gün Azərbaycanın ev sahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) komitə iclasları keçirilib.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, quruma üzv ölkələrin parlamentarilərinin iştirakı ilə komitə iclaslarında təşkilati məsələlərə baxılıb, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən edilib.
İclaslarda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib. İƏT PA-nın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sədrliyi ilə keçib. Tahir Mirkişili bildirib ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.
Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edib. O, pandemiya dövründə ölkəmizdə görülən işlərdən danışıb, qeyd edib ki, Azərbaycan dünyada vaksini qəbul edən ilk ölkələrdən olub. Milli Məclisin deputatı dünyanın bir daha belə bir bəla ilə üzləşməyəcəyinə ümidvar olduğunu söyləyib.
İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndiriblər.
İƏT PA-nın Kommunikasiya və əlaqələndirmə üzrə komitəsinin iclasına isə Milli Məclisin deputatı İltizam Yusifov sədrlik edib. İltizam Yusifov gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olmasından danışıb. O, Azərbaycanın nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. İltizam Yusifov iclas iştirakçılarına 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin regionda, xüsusən də nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsində yaratdığı yeni reallıqlardan bəhs edib.
İclasda mövzu ilə bağlı müzakirələr aparılıb, parlamentarilərin fikirləri dinlənilib.
İƏT PA-nın Qadın, gənclər və mədəni məsələlər üzrə komitəsinin iclasına Milli Məclisin deputatı Könül Nurullayeva sədrlik edib. Gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Könül Nurullayeva koronavirusla mübarizədə Azərbaycan təcrübəsindən danışıb, görülən qabaqlayıcı tədbirlər sayəsində insanlar arasında itkilərin az olduğunu diqqətə çatdırıb, pandemiya dövründə gənclər və qadın problemləri ilə yanaşı, mədəniyyət sahəsinin çox zərər çəkdiyini qeyd edib.
İclasda parlamentarilərin mövzu ilə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmazda meşə yanğını: Amfibiya təyyarəsi və helikopterlər əraziyə göndərilib - VİDEO (Yenilənib)
ƏRDOĞAN, ZELENSKİ VƏ BMT RƏHBƏRİ BİR ARADA: 40 dəqiqəlik müzakirə aparılıb, memorandum imzalanıb, yeni İşçi Qrupu yaradılır - FOTOLAR (Yenilənib)
"Azərsu" ASC-nin Regional İdarəsinə rəis təyinatı oldu - Müavinlərin planı alınmadı (Yenilənib)
İlkin Çərkəzoğlu narkoloji dispanserə yerləşdirildi
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Kamran Əliyev Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının sakinlərini qəbul edib
Baş Prokurorluq və DİN Gəncədə 22 il əvvəl törədilən qətllə bağlı birgə məlumat yaydı
Lənkəranda əməliyyat: bu şəxslər saxlanıldı - FOTO
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hulusi Akar Lvovda Reznikovla görüşüb - Nələr müzakirə olunub?
“Korku Takvimi” Türk qorxu filminin nümayişi başlayıb
Kolleclərə ixtisas seçimin nəticələri açıqlanıb - CƏDVƏL
Fərid Ağamoğlanov qızıl medal qazandı
Prezident daha bir fərman imzalayıb
İlham Əliyev beş ölkənin səfirlərinin etimadnamələrini qəbul etdi - FOTOLAR (Yenilənib)
Direktorların işə qəbul imtahanının nəticələri açıqlanıb
Bu direktor, direktor müavinləri və müəllimlərin maaşı artacaq - Prezident fərman imzaladı
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi, dollar və avro qalxdı
18 yaşlı kollec tələbəsinin dənizdən meyiti tapılıb
Mərkəzi Bank malların nisyə satışı ilə məşğul olan təşkilatlarla bağlı açıqlama yaydı
İran hərbi nümayəndə heyəti Ağdama gedib - FOTO
FHN-nin seks videoları yayılan polkovniki həbs olundu - Xidməti otağına gizli kamera quraşdıran Zaur Mirzəyevlə bağlı rəsmi xəbər yayıldı
Şirvanda yataqxanada vətəndaşlara bıçaqla xəsarət yetirməyə çalışan şəxs həbs olunub
Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı saziş imzalayıb
Qazaxıstan Prezidenti Azərbaycana gəlir
“Mehmandarovlar” filminin çəkilişləri yekunlaşıb
ÇİNİN "AĞ KİTABI": Tayvana hücum planı və...
Sabah hava necə olacaq? - Proqnoz
"Zirə" yunan futbolçu ilə müqavilənin müddətini uzadıb
MN-dən hava məkanımızla bağlı xəbərdarlıq: "Şəxsi heyət istənilən təxribatın qarşısını almağa hazırdır"
4 kikboksçumuz finala yüksəlib
18 uşaq bağçasında nöqsanlar aşkarlanıb
"Səfər Mehdiyev nə etsə, yaxşıdı? - Deputat keçmiş komitə sədrinin Kəmaləddin Heydərova olan münasibətindən yazdı
4179 zirehli döyüş maşını, 1010 artilleriya sistemi... - Rusiyanın itkiləri açıqlandı
Əli Əsədov daha qərar imzaladı
Qorxulu adamlar...
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verildi
"DOST” mərkəzlərinə yeni səlahiyyətlər verilib
Azərbaycan nefti cüzi bahalaşıb
Rusiya Xarkovu atəşə tutub: 6 nəfər ölüb, yaralılar var
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə