İƏT PA-ya sədrlik Pakistandan Azərbaycana keçdi: "Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul edib, ancaq..." - Bəyannamə imzalandı (Yenilənib)
17-05-2022 [16:54]
Milli Məclisin binasında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı çərçivəsində Bakı Bəyannaməsi imzalanıb.
Mia.az xəbər verir ki, bəyannaməni Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.
Bəyanatın tam mətnini təqdim edəcəyik.
***
“Azərbaycan parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib”.
Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker daha sonra Qarabağdakı vəziyyətdən danışaraq deyib ki, Azərbaycan əraziləri ən çox minalanan ölkələrdən biridir: "Ancaq bununla bağlı beynəlxalq təşkilatlardan ən az maliyyə yardımı alan ölkədir".
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul etdiyini bəyan edib: “Ancaq bununla bağlı real addımlar atmır. Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib. Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır. Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur”.
Spiker daha sonra deyib ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib: "İşğal dövründə Ermənistan bütün kənd və qəsəbələrimizi dağıdıb: “Həmin ərazilər bərpa edildikdən sonra ölkəmiz öz hesabına həmin əraziləri bərpa edir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir”.
Qeyd edək ki, tədbirdə İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib