Peskovdan Putinin Türkiyəyə səfəri barədə xəbərə reaksiya: "Doğru deyil"

img

17-05-2022 [12:50]


"Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfəri gözlənilmir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfərlə bağlı yayılan xəbər doğru deyil: "Yaxın günlərdə Putin Ankaraya səfərinə hazırlıq getmir. Düzdür, həqiqətən də Türkiyəyə səfər etmək üçün dəvəti var və o, bu dəvətdən mütləq istifadə edəcəyini deyib. Belə bir səfərin tarixi razılaşdırılacaq, lakin yaxın gələcək üçün heç bir razılaşma yoxdur".

Xatırladaq ki, Türkiyədə iqtidara yaxın  olan "Yeni Şafak" qəzeti belə səfərin yaxın günlərdə başlayacağı barədə xəbər yayıb.

Qeyd edək ki, Türkiyə KİV-i Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR