Eldar Əzizov rəisə yüksək vəzifə verdi - BŞİH-də daha bir təyinat

img

17-05-2022 [12:15]


Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin edilib.

Mia.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrinə əsasən, Anar Tağıyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Anar Tağıyev bundan əvvəl BŞİH-in tabeliyində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR