Avropa İttifaqı ölkələri Rusiya neftinə qadağa ilə bağlı razılığa gələ bilməyib

img

17-05-2022 [09:42]


Avropa İttifaqı (Aİ) ölkələri yenə də Rusiya neftinə qadağa ilə bağlı razılığa gələ bilməyib.

Mia.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Josep Borrel mətbuat konfransında açıqlama verib.

O bildirib ki, buna görə hələlik Rusiyaya qarşı altıncı sanksiyalar paketini elan edə bilmirlər: "Ancaq biz işğalın Kreml üçün daha dözülməz olduğunu Rusiyaya göstərmək üçün sanksiyaları artırmağa davam edəcəyik. Rusiya neftinə embarqo barədə müzakirələrimiz davam edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR