Quru Qoşunlarında praktiki atış təlimi keçirilib

img

16-05-2022 [16:30]


Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR