İsveç və Finlandiya Türkiyənin 33 nəfərlə bağlı tələbinə "yox" deyib

img

16-05-2022 [14:27]


NATO üzvü olmaq istəyən İsveç və Finlandiya Türkiyənin 33 terrorçunu təhvil verilməsi ilə bağlı sorğusunu qəbul etməyib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, söhbət Gülən hərəkatının üzvləri (Fətullahçı terror təşkilatı - FETÖ) və PKK terrorçularından gedir.

Məlumata görə, Türkiyə Finlandiyadan 6-sı FETÖ-çü, 6-sı PKK-çı olmaqla 12 nəfər, İsveçdən 10-u FETÖ, 11-i PKK-çı olmaqla 21 nəfərin ekstradisiyası ilə bağlı prosesə başlayıb. Belə ki, məhkəmə qərarları və sübutlar əsasında ekstradisiya ilə bağlı edilən 33 sorğunun heç birinə müsbət cavab verilməyib.

Ekstradisiya tələblərindən 19-u rədd edilsə də, 5 halla bağlı, ümumiyyətlə, cavab verilməyib. 2-si Finlandiya və 7-si İsveçlə bağlı olmaqla 9 ekstradisiya sorğusu üzrə proses hələ də davam edir/Report.

Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan bu ölkələrin terror təşkilatlarının yuvasına çevrildiyini deyərək, onların NATO üzvlüyünə müsbət yanaşmadıqıarını bəyan edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR