Baydenin uyğurlarla görüşündə nə baş verib?
16-05-2022 [14:00]
“Vaşinqton Post” qəzeti Amerikada yaşayan uyğurların Ağ evdə prezident Cozef Baydenlə iftar mərasimindəki görüşü barədə məqalə dərc edib.
“Baydenin Çinin təqib etdiyi amerikalı uyğurlarla görüşündə nə baş verib?” başlıqlı məqələnin müəllifi qəzetin icmalçısı Coş Roqindir.
Mia.az Novator-a istinadla məqalənin ingiliscədən çevirməsini oxucuların diqqətinə çatdırır:
"Bu ay müsəlmanların Ramazan bayramı münasibətilə Ağ evdə düzənlənən iftar mərasimində nitq söyləyəndən sonra qonaqları şəxsən salamlamaq üçün tribunadan enən prezident Cozef Bayden yəqin ki, Çində ailələri təqib olunan iki amerikalı uyğurla qarşılaşacağını gözləmirdi.
Çin hökuməti ABŞ-dakı tənqidçilərini susdurmaq məqsədilə həmin tənqidçilərin Çində yaşayan ailə üzvlərini təqib altında saxlayır. Ağ evdəki iftar mərasiminə qatılan amerikalı uyğurların ailələri də o sıradadır.
Bu, Baydenin prezident postuna oturandan bəri Amerikadakı uyğur icmasının nümayəndələri ilə ilk görüşü idi. Görüşdə əl sıxmaqdan savayı başqa bir jest gözlənmirdi.
Baydenlə görüşünün təəssüratlarını “Vaşinqton Post”la bölüşən Ziba Murad deyir ki, problemini danışmağa başlayanda ABŞ prezidenti ayaq saxlayıb və qonaqlarla salamlaşmanı yarıda qoyaraq onu dinləyib.
Ziba Murad Baydenə danışıb ki, dörd il əvvəl xalası Vaşinqtonda Çin hökumətini açıq şəkildə tənqid edəndən beş gün sonra anası yoxa çıxıb. Sonradan Pekinin səlahiyyətli nümayəndələrinin onun anasını terrorçuluq ittihamı ilə həbs etdiyi bəlli olub.
Ziba başına gələnləri danışanda Baydenin çox pərişan olduğunu müşahidə edib: “Mən dedim ki, özüm Amerika vətəndaşıyam, anam isə Çində əsir düşərgəsindədir. Bu sözləri eşidəndə Bayden ayaq saxladı, diqqətlə mənə baxdı. Mən onun necə təsirləndiyini gördüm. ABŞ prezidenti mənə “Səni qucaqlaya bilərrəmi?” deyə sual verdi”.
İftar mərasimində iştirak edən digər amerikalı uyğurun – vəkil Nuri Türkelin “Vaşinqton Posta”a bildirdiyinə görə, Cozef Bayden onun başına gələnləri də səbirlə dinləyib.
Nuri Türkel Mao Tzsedunun “mədəni inqilab”ı dövründə Sincanda “təlim-tərbiyə düşərgəsi”ndə anadan olub. İndi o, ABŞ vətəndaşıdır, özü də Amerika hökumətinin rəsmi təmsilçisidir, Beynəlxalq Dini Azadlıq Komissiyasında çalışır.
Türkel insan hüquqlarını müdafiə etdiyi üçün Pekin rejimi onun ailəsinə qarşı cavab tədbirlərinə əl atıb. Çin hökuməti onun anasının ölkəni tərk etməsinə imkan vermir. Nuri Türkel 2004-cü ildən anasını görməyib. Atası ötən ay Türkelə qovuşmadan dünyadan köçüb. Üstəlik, ötən il Çin hökuməti Nuri Türkelə və onun çalışdığı komissiyanın digər üzvlərinə sanksiyalar tətbiq edib.
Nuri Türkel prezident Baydenlə bağlı bunları söyləyir: “Mən onun necə kədələndiyini gördüm və bundan təsirləndim. Həm Pekin rejimi, həm də Putin Rusiyası tənqidçiləri onların yaxınlarını qorxutmaqla, alçaltmaqla susdurmağa çalışır”.
Cozef Baydenin anlayış göstərməsi, həssaslığı sələfinin davranışından çox fərqlənir. Məlumatlara görə, Donald Tramp ABŞ prezidenti olanda Çin Xalq Respublikasının sədri Si Cinpinə deyibmiş ki, müsəlman uyğurların kütləvi həbs olunması tamamilə düzgün addımdır.
Əzab-əziyyətin bir sonu olmalıdır. Pekinin qol-budaq atmış transmilli repressiyasına qurban gedən amerikalıların problemlərinin həlli üçün Bayden administrasiyası daha çox səy göstərməlidir.
ABŞ hökumətinin maliyyələşdirdiyi media qurumunun – “Azad Asiya” radiosunun (Radio Free Asia) uyğur, o cümlədən amerikalı uyğur müxbirlərinin onlarca ailə üzvü Çində düşərgələrə salınıb.
Mart ayında ABŞ-ın Ədliyyə Nazirliyi Amerika uyğurlarını, Tibet, Honqkonq və Tayvandan olan digər çinli dissidentləri təqib etməkdə, hətta onlara hücum çəkməkdə təqsirli bilinən beş nəfəri həbs edib. Ədliyyə Nazirliyi o adamların Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinə işlədiyini açıqlayıb.
Yaxşı başlanğıcdır. Ancaq siyasətçilərin öz sərhədlərindən kənarda insanları sıxışdıran avtoritar dövlətlərin getdikcə güclənən dalğasına reaksiya verməyə tələsmədiyini də qeyd etməliyik.
Çin qanunsuz əməllər törədən yeganə diktatura rejimi deyil. “Freedom House” təşkilatının ötən il dərc etdiyi hesabata görə, 2014-cü ildən bəri 31 hökumət digər 79 ölkənin vətəndaşlarına qarşı 608 dəfə transmilli repressiya aktı həyata keçirib.
Hesabata əsasən, dünyada ən sərt, ən geniş miqyasda transmilli repressiya aparan ölkə Çindir. Pekin çindilli mediaya, sosial mediaya, yerli diaspor qruplarına, habelə yerli cinayətkar qruplaşmalara iqtisadi və siyasi təzyiq göstərməklə çoxşaxəli transmilli repressiya aparatına çevrilib.
ABŞ hökuməti vaxtaşırı bu və ya digər sui-istifadə hallarını pisləyən bəyanatlar yayır. Elə hadisələr var ki, bəzən ABŞ rəsmiləri onu çinli həmkarları ilə müzakirə də edirlər. Ancaq biz bu məsələyə ciddi köklənə bilməsək, Pekinin cəzasız qalmasına şərait yaratmış olarıq. ABŞ vətəndaşlarının və onların ailələrinin əziyyət çəkməkdə olduğunu da unutmamalıyıq.
Mənimlə söhbətində Ziba Murad bu sözləri dilə gətirdi: “Biz bu sonsuz kabusun içində yaşayırıq. Biz bu kabusun adamı, bu dəhşətin canlı, nəfəs alan nümunəsiyik”.
Amerikalıları repressiyaya məruz qoyan avtoritar rejimlərə qarşı mübarizə elə evin içindən başlanmalıdır. ABŞ-ın texnologiya şirkətləri diktaturaların onlardan, onların platformalarından günahsız insanları təqib etmək üçün sui-istifadə etməsinə imkan verməməlidir.
Konqres casus proqramlarından yararlanıb xaricdə tənqidçilərini təqib edən rejimlərə proqram satışını, xəfiyyə xidmətləri göstərilməsini Amerika şirkətlərinə yasaq etməlidir.
ABŞ-da “WeChat” və “TikTok” kimi xarici texnologiya platformaları fəaliyyət göstərir. Bu cür platformaların proqram təminatı vasitəsilə Pekindən Amerikaya repressiya ixrac etməsinə son qoyulmalıdır.
Qərb hökumətləri real təhlükəni nəzərə almayana və onunla mübarizəni prioritetə çevirməyənə qədər avtokratlar Qərb cəmiyyətlərində öz məkrli əməllərini genişləndirməkdə davam edəcəklər.
ABŞ-ın təhlükəsiz yer olduğuna inanıb diktaturaya qarşı çıxmaq üçün qətiyyət göstərənlərin müdafiəsini hər cəhətdən gücləndirmək – bu istiqamətdə həm hüquq mühafizə orqanlarının səylərini, həm də diplomatik təzyiqləri artırmaq gərəkdir.
Bayden administrasiyası baş verənlərdən xəbərdardır, amma görülən işlər kifayət etmir. İndi prezident Baydenin iki amerikalı qurbanın hekayətini dinləməsi hökumətin daha fəal hərəkətə keçəcəyinə güman yaradır. Artıq Bayden bununla bağlı ona heç nə deyilmədiyini əsas gətirə bilməz".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb