Hikmət Hacıyev: "Ölkəmizə qarşı informasiya müharibəsi yenə davam etməkdədir"

img

14-05-2022 [14:29]


"Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda, təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

O, təəssüflənib kiki, həm Türkiyəyə, həm də Azərbaycana qarşı qarayaxma, saxta xəbər kampaniyaları var: "Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".

Onun sözlərinə görə, dünya mediasına baxdıqda erməni lobbi təşkilatları tərəfindən yenə də Azərbaycana qarşı qarayaxma kampaniyalarının davam etdiyini görmək mümkündür: "Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq".

Prezidentin köməkçisi bildirib ki, Qarabağ və Zəngəzur türk-islam mədəniyyətinin mərkəzlərindən biridir: "Oradakı dağıntıları da siz ötən il öz gözlərinizlə gördünüz. Biz Türk Dövlətləri Təşkilatı olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik. Məqsədimiz də bundan ibarətdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR