Partiya jurnalistə hücumla bağlı bəyanat yaydı: "Cinayəti törədənlər tapılmalı və cəzalandırılmalıdır"

img

10-05-2022 [15:23]


Vətəndaş Həmrəyliyi Partiyası jurnalist Aytən Məmmədovaya hücumla bağlı bəyanat yayıb.

Mia.az-a daxil ollan bəyanatda deyilir ki, mayın 8-də jurnalist Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb:

"Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.

Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun məhkəməsindən ardıcıl reportajlar hazırlayıb, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırıb.  Aytən Məmmədova güman edir ki, ona qarşı olan hücum 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.

Vətəndaş Həmrəyliyi Partiyası baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir. Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni ən yüksək səviyyədə nəzarətə götürməsi günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin tapılıb, cəzalandırılması zəruridir. İnanırıq ki, ən yaxın zamanda hadisəni törədən şəxs tapılaraq cəzalandırılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR