Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək

img

05-05-2022 [16:28]


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.

Muzeydən Mia.az-a verilən məlumata görə, Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR