Bayden jurnalistlərlə görüşdə: "Hər biriniz demokratiyanın qalasısınız..." - “Əgər siz Rusiyada prezidentlə zarafatlaşsanız, dərhal..."

img

01-05-2022 [12:18]


“Əgər siz Rusiyada prezidentlə zarafatlaşsanız, dərhal həbsə atılardınız".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden 2500 nəfərdən çox jurnalistlə keçirilən görüşdə deyib.

Bayden jurnalistlərin demokratik ölkələrinn simvollarından biri ölduğunu deyərək, həmişə media mənsublarına hörmətlə yanaşdığını deyib: "Xoşunuza gəlsə də, gəlməsə də hər biriniz demokratiyanın qalasısınız. Nə vaxtsa öz məsuliyyətinizlə bağlı şübhə etsəniz, Ukraynada baş verənlərdən başqa yerə baxmayın. Jurnalistlər, əslində nə baş verdiyini dünyaya göstərmək üçün riskə atılır, hətta həyatlarını itirirlər. Sizin azad mətbuatınız ötən əsrdə həmişəkindən daha vacibdir”.

Bayden onu da deyib ki, jurnalistlər, onların xəbərləri olmasaydı, bəlkə də tamam başqa dünya olardı.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR