Bakıda müğənninin evindən oğurluq edənlər tutuldu

img

03-04-2014 [12:00]


Bakıda tanınmış müğənninin evinin qarət olunması ilə bağlı məlumatlar vermişdik. Naməlum şəxslər İbrahim Borçalının Binəqədi rayonunda yerləşən evindən külli miqdarda qızıl-zinət əşyaları və pul oğurlamışdılar. 

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, müğənninin evini qarət edən 3 nəfər tutulub.

Müğənni İ.Borçalı Milli.Az-a açıqlamasında bildirdi ki, Biləcəri qəsəbəsində yerləşən həmin evi bacısı oğlu üçün tikdirmişdi. Bir neçə gün əvvəl evə soxularaq 6000 manat dəyərində qızıl və 150 manat pul oğurlayıblar. Oğrular evdə dəftərin arasına qoyulmuş 5000 manat pulu görməyiblər. Dəftərin arasında o qədər pulun olması onların ağlına gəlməyib. Hadisədən sonra həmin pulu evdə tapıblar.

Müğənninin sözlərinə görə, oğrulardan biri yaxınlıqda yaşayan adam olub və evin ona məxsus olmasını bilməyiblər: "Oğrular mənə dedilər ki, bilsəydik, sənin evindir, heç belə iş tutmazdıq. Polis sağ olsun. Qızılların böyük hissəsini oğrulardan alıb geri qaytardılar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA