Bakıda da biznesi olan Vahid Ələkbərovdan gözlənilməz qərar: istefa verdi - Səbəb nədir? (YENİLƏNİB)

img

22-04-2022 [19:47]


Bir gün əvvəl Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü postunu tərk edən Vahid Ələkbərov istefasının səbəbini açlqlayıb.

Məlumatı TASS yayıb.

"Böyük Britaniya və Avstraliyanın mənə qarşı sanksiyaları şirkətin inkişafına mane olur. Sanksiyalar "LUKOYL"un özünə deyil, şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim. Bu gün şirkət mənimlə heç bir şəkildə bağlı deyil. Məndə səhmlərə nəzarət paketi yoxdur, ona görə də şirkət sakit şəkildə inkişaf edə bilər”, - Ələkbərov deyib/Report.

O əlavə edib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək.

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

****

Bakıda da "Yelo Bank"ı olan “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov gözlənilməz qərar verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı milyarder şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti vəzifələrindən istefa verib.

Xatırladaq ki, Vahid Ələkbərov Rusiya və onun iş adamlarına qarşı tətbiq olunan sanksiyalar siyahsında ilk yerlərdədir. O, son iki ayda sanksiyalara görə sərvətinin 17 milyard dollardan çox hissəsini itirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR