Bakıda orta məktəb şagirdi qətlə yetirilib

img

02-04-2014 [11:38]


Bakıda 16 yaşlı oğlan qətlə yetirilib.Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Binəqədi şosesində qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayev bıçaq xəsarətləri alıb. M. Abdullayev ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Polisdən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.
Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA