Ordumuz daha bir şəhid verdi

img

01-04-2014 [20:14]


Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib. MIA-nın APA-ya istinadən məlumatına görə,  hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Akif Aydın oğlu Baxşıyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA