Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın oldu

img

01-04-2014 [14:02]



Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edilib. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın Qazax şəhərinin ərazisində yerləşən, "Azpetrol LTD” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə edilib.


Belə ki, yanacaqdoldurma məntəqəsinə "Volkswagen” markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manatını alıb.

Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA