Türkiyə doğranaraq öldürülən jurnalistin cinayət işi ilə bağlı materialları Səudiyyə Ərəbistanına təhvil verib

img

07-04-2022 [11:49]


Türkiyə jurnalist Camal Qaşıqçının qətlinə dair məhkəmə işinin rəsmən Səudiyyə Ərəbistanının məhkəmə instansiyalarına təhvil verilməsi haqqında qərar qəbul edib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Daha əvvəl məhkəmə Səudiyyə Ərəbistanının 26 təLəbəsi haqqında qiyabi həbs cəzası çıxarsa da, işlə bağlı ciddi tərəqqi əldə olunmayıb. Qaşıqçının nişanlısı Xədicə Cengiz araşdırmanın dayanmasına səbəb kimi rəsmi Ər-Riyadın məsələ ilə bağlı Türkiyə tərəfi ilə əməkdaşlıqdan boyun qaçırmasını göstərib/Report.

Mia.az xəbər verir ki, Qışıqçı Səudiyyənin Türkiyədəki konsulluğunda doğranaraq öldürülüb. Bu vaxtadək onun cəsədinin qalıqları tapılmayıb. Bu dəhşətli hadisə ilə bağlı 24 nəfərə cinayət işi açılıb. Onların 19-u haqda hökm çıxarılıb, bir neçəsi haqda edam hökmü verilsə də, sonradan bu 19 illik həbslə əvəzlənib.

Türkiyə hökuməti isə İstanbulda açılan cinayət işi ilə bağlı materialları bu yaxınlarda Səudiyyəyə təhvil vermək qərarı verib.

Bəzi siyasilər bunu iki ölkə arasındakı gərgin münasibətlərin normallaşması ilə əlaqələndirir.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR