“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri bəlli oldu
04-04-2022 [15:57]
Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, müsabiqənin münsiflər heyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kərimov bildirib ki, ötən il noyabrın 16-da başlayanan müsabiqə dekabrın 30-da yekunlaşıb: "Müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Rusiya, Belarus, Bolqarıstan, Serbiya, Moldova, Çin, Cənubi Koreya, Vyetnam, İndoneziya, Maldiv, Küveyt, Misir, Nigeriya) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim olunub. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib”.
Onun sözlərinə görə, komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilən qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
Nazir deyib ki, nəticələrə əsasən, Türkiyə vətəndaşı Selçuk Karakılıçın “Büyük Kahraman”: Nizami Gencevi” essesi birinci yerə çıxıb.
Küveyt vətəndaşı Tariq Yousefin yazdığı “A Letter to Nizami Ganjavi” essesi ikinci yeri tutub.
Rusiya vətəndaşı Mülayim Hümmətova isə “Nizami Gəncəviyə məktub” əsəri ilə üçüncü olub.
Nazir vurğulayıb ki, müsabiqənin məqsədi xaricdə və Azərbaycanda Nizami Gəncəviyə necə baxılmasını öyrənmək idi: "Bu müsabiqə də onu göstərdi ki, xaricdə də dahi şəxsiyyətə maraq böyükdür. Növbəti illərdə də bu şəxsiyyəti tanıtdırmaqla məşğul olacağıq. Bu işlər çərçivəsində bu il də Nizami Gəncəvi Beynəlxalq Forumunu keçirməyi planlaşdırırıq".
Sonda qaliblərə mükafatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Mədəniyyət və Xarici İşlər Nazirlikləri tərəfindən keçirilib.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)