Prokurorluq mediaya xəbərdarlıq edib - Səbəb

img

01-04-2022 [11:18]


Baş Prokurorluq məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək təhrif olunan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.

Belə ki, 31.03.2022-ci il tarixdə bəzi media subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmış, bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən həmin internet informasiya resurslarına prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir. Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş, suni ajiotaja səbəb ola biləcək məlumatların yayılmaması xahiş edilir və qeyd edilir ki, bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir", - qurumun Mətbuat Xidmətindən bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR