Aparıcıya 120 min dollarlıq maşın bağışlanıb

img

28-03-2022 [17:25]


Xəbər verdiyimiz kimi, azərbaycanlı aparıcı Razi Əliyevanın 26 yaşı tamam olub. O, bu haqda instaqram hesabında bildirib.

Aparıcı ad günü münasibətilə ona hədiyyə edilən qara rəngli lüks avtomobilin fotolarını da paylaşıb. "Mercedes GLE 53 AMG Coupe" markalı maşının qiyməti 120 min avrodur (222 min 984 AZN).

Sosial şəbəkələrdə aparıcıya maşının iş adamı Hacı İbrahim İbrahimov tərəfindən hədiyyə olunduğu iddia olunub.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az Hacı İbrahim İbrahimovla əlaqə saxlayıb. O, iddialara münasibət bildirib:

“Razi Əliyeva adlı xanım aparıcını həqiqətən tanımıram. Həmin xanımla bağlı məlumata sahib deyiləm. Ona maşın almaq məsələsinə gəlincə, mənim barəmdə səsləndirilən bu iddialar doğru deyil və həqiqəti əks etdirmir. Elə maşını öz uşaqlarıma alaram. Ona niyə alım ki?”.

Qeyd edək ki, 2014-cü ildə Bakıda “Crystall Hall”da dünyanın ən nüfuzlu gözəllik müsabiqəsi – “Miss Globe İnternational” yarışması keçirilib və Razi Əliyeva da həmin yarışmada iştirak edib. Həmin yarışmanın sponsor isə Hacı İbrahim olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR