“Azercell”dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi - FOTOLAR

img

24-03-2022 [12:58]


Martın 20-də “Azercell”in təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Vaşinqtonda Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub.

Vaşinqtonun ən məşhur konsert zallarının birində tutan tədbirə Azərbaycanın ABŞ-kı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxıstanın səfiri Yerjan Aşıkbayev, Özbəkistanın səfiri Javlon Vahabov, Azərbaycan və müxtəlif xalqların Amerikadakı diasporlarının üzvləri, eləcə də yerli qonaqlar qatılıblar.

Açılış nitqi ilə çıxış edən “Azercell”in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Z.Zeynalova həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.

Səfir Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib.

Tədbirin xüsusi qonağı, İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın ölkəmizdəki pərəstişkarlarını və saat fərqinə baxmayaraq, səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. 

Ukraynada azərbaycanlı ailəsində doğulan həmyerlimiz Xan Bəyli xalq mahnılarımızı, müasir estrada bəstələri ilə yanaşı, özünün müəllifi olduğu nəğmələri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli ABŞ-nın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz ifaları ilə Novruz öncəsi xoş ovqat bəxş edib.

Tədbir Amerika icması tərəfindən böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını fəal şəkildə sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez bir zamanda “Azercell”in rəsmi yutub kanalında paylaşılacaq.

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub