Ukraynadan nə qədər azərbaycanlı təxliyə olunub? - Açıqlama

img

14-03-2022 [20:24]


Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

XİN-dən Mia.az-a verilən məlumata görə, martın 14-dək Azərbaycana 7500-dən çox insan təxliyə olunub. Onlardan 3 000-ə yaxını çarter reysləri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub: "Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın şəxsi imkanları hesabına da Azərbaycana geri dönüşü həyata keçirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA