ZELENSKİ XALQI MÜDAFİƏYƏ ÇAĞIRDI: "İndi biz işğöalçını bacardığımız kimi vurmalıyıq..."

img

14-03-2022 [17:32]


"Şəhərimizi, kəndimizi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını müdafiə etməliyik".

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa bugünkü videomüraciətində deyib.

O bildirib ki, Rusiya şəhərlərə zərbə endirməklə infrastrukturu dağıtmaqda davam edir:

"Ancaq biz hər şəhərin küçəsini, hər ukraynalının evini, mənzilini bərpa edəcəyik. Torpaqlarımızda hələ ki işğalçı var, indi biz onu bacardığımız kimi vurmalıyıq. Şəhəri, kəndi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını müdafiə etməliyik. Ukraynalı ürəyini, ukraynalı ruhunu müdafiə etməliyik! Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun! Dövləti qoruyun! Biz birlikdə qalib gələcəyik!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA