Azərbaycan Ordusunda təlim atışları - VİDEO

img

14-03-2022 [17:34]


Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA