PUTİNİN SÖZÜSÜ UKRAYNADAKI BÜTÜN İRİ ŞƏHƏRLƏRİ TUTACAQLARINI DEDİ: “Əməliyyatlar vaxtında və...”

img

14-03-2022 [16:05]


“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.

D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”/Report.

Peskov Çeçen lideri Ramzan Kadırovun Ukraynada əməliyyat zonasına səfər etməsi ilə bağlı da danışıb.

Bildirib ki, bu barədə məlumatsızdır.

Mia.az xəbər verir ki, Peskov Rusiyanın Çin və ya digər ölkələrdən hərbi yardım üçün müraciət etmədiyini də deyib: “Rusiya Ukraynada əməliyyat keçirmək potensialına malikdir. Digər ölkələrə yardım göstərmələri üçün müraciət etməmişik”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA