Rusiya Polşa ilə sərhəddəki hərbi bazanı uzaqmənzilli raketlərlə vurdu: 35 nəfər həlak oldu, 134 yaralı var

img

13-03-2022 [15:24]


Rusiya Polşa ilə sərhəddə yerləşən Ukraynanın Lvov vilayətinin Yavorov poliqonundakı hərbi bazanı uzaqmənzilli raketlə vurub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, az əvvəl NATO birliklərinin də təlim keçdiyi həmin bazada Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi də yerləşirmiş.

Bildirilib ki, 30-a yaxın raket zərbəsi nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

Məlumata görə, hərbi bazada NATO-ya bağlı xaricilərin olması da istisna deyil. Onların ukraynalı hərbçilərə təlim keçdiyi qeyd olunur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA