RƏSMİ BAKIDAN MOSKVA VƏ KİYEVƏ MESAJ: "Görüş niyyət olarsa, biz ev sahibliyi etməyə hazırıq"
12-03-2022 [17:56]
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər. Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycana da Ukrayna tərəfindən belə bir təklif olunmuşdu:
"Amma belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib. Burada da məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”.
Prezidentin köməkçisi bölgədə yeni yaranmaqda olan formatdan da söz amçıb: "Azərbaycan "3+3" platformasını dəstəkləyir və platformanın ilk iclası da keçirilib. Biz burada regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq problemlərimizi özümüz həll etməliyik. Biz təkcə problem yox, əməkdaşlıq üçün də potensialı bir araya gətirməliyik. Bunun bir nümunəsi kimi Azərbaycan, Türkiyə və İran arasında son nəqliyyat sazişini göstərmək olar: "Bu, hər üç ölkəyə, hətta regiondan kənarda olan Mərkəzi Asiyaya da geniş fürsətlər gətirəcək. Ona görə də bu platformada əməkdaşlıq üçün böyük imkanlar var. Hazırda digər bölgələrdə vaxtı uzadacaq problemlərin yarandığı üçün diplomatik kanallarla "3+3" formatında başqa harada görüşlərin keçirilə biləcəyi ilə bağlı əlavə təkliflər gözləyirik. Növbəti görüşün Türkiyədə keçirilməsinə qərar verilmişdi, ancaq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var".
***
“Belə bir təkliflər var idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü keçirilsin. Azərbaycan hər zaman görüşlərə hazırdır. Lakin bu görüşlər sadəcə görüş naminə deyil, real hədəflər uğrunda olmalıdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu gün Azərbaycan və Ermənistan arasında gündəlikdə kifayət qədər müzakirə olunası məsələlər var. Azərbaycanın da regional sülhü gücləndirmək, təhlükəsizliyi təmin etmək üçün bir sıra təklifləri var. Bu təkliflərdən biri də Azərbaycanla Ermənistanın sülh müqaviləsi ətrafında danışıqlara başlamasından ibarətdir. Amma Ermənistan tərəfi buna hələlik cavab verməyib.
Eyni zamanda kommunikasiya xətlərinin açılması da gündəlikdədir. Ermənistanın burada hansı qərarı verməsindən asılı olmayaraq biz artıq Zəngəzur dəhlizinin başqa platformada açılması prosesindəyik. Burada xüsusilə dünən Azərbaycanla İran arasında əldə olunan razılaşmanı qeyd etmək istərdim. Artıq Zəngilandakı Ağbənd kəndindən Araz çayı üzərindən iki körpü çəkməklə burada İran ərazisini tranzit yol kimi istifadə edərək Naxçıvana daxil olmaq, orada isə Türkiyə, Azərbaycan və İranı birləşdirəcək həm dəmir yolu, həm avtomobil yolu daxil olmaqla yeni bir dəhlizin əsasını qoymuş oluruq. Eyni zamanda elektrik xətlərinin də çəkilməsi nəzərdə tutulur, hətta rəqəmsal fiber-optik xətlərinin çəkilməsi gələcəkdə nəzərdən keçirilə bilər. Ona görə də biz regionda və regiondan kənarda işlərimizi görməyə davam edirik və əgər Ermənistan regiondakı proseslərdən kənarda qalmaq istəmirsə, bu kimi məsələlərə münasibət bildirməlidir. Bugünkü Antalya Diplomatiya Forumunda Azərbaycan Ermənistanla görüşə hazırdır. Ermənistan tərəfindən xoşniyyət göstərildiyi təqdirdə bu görüş baş tuta bilər”.
Prezidentin köməkçisi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə də toxunub. Bildirib ki, bu, dezinformasiyaya əsaslanır: “Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük. “Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Dünən Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Kontrsuallarla bunu müəyyənləşdirmək mümkündür. Biz səhih xəbəri mümkün qədər tez verməklə dezinformasiyalarla mübarizə aparmalıyıq. Reaksiya bildirməmək çıxış yolu deyil”.
Mia.az
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq