Çavuşoğlu Ermənistanın Xarici işlər naziri ilə görüşüb - Açıqlamalar

img

12-03-2022 [12:55]


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Antalyada görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, Antalya Diplomatiya Forumu çərçivəsində görüşən nazirlər ikili münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Çavuşoğlu deyib ki, həmkarı ilə bölgədəki vəziyyəti müzakirə ediblər: "Bununla bağlı müsbət siqnallar da vaR. Azərbaycan da Ermənistanla münasibətlərin düzəlməsinə normal baxır. Bilirsiz, bir neçə gün əvvəl Bakıda oldum, orada da bu prosesə müsbət dəstək verilir. Azərbaycan da bundan məmnundur".

Erməni nazir isə deyib ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması barədə müsbət qərarı var: "Görüşümüz yaxşı keçdi, biz münasibətlərin normallaşması istiqamətdə fəaliyyətimizi davam etdiririk"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA