Boşnak, azərbaycanlı, uyğur, ərəb, əfqan, çeçenlər seçkin deyillərmi?
12-03-2022 [12:15]
Ələsgər MƏMMƏDLİ
***
Rusiyanın beynəlxalq hüququ heçə sayaraq Ukraynanı işğala girişməsi Rusiyaya haqlı olaraq həm iqtisadi-siyasi basqıları və etirazları doğurur həm də beynəlxalq mühitdə təcridə sürükləyir.
Bu mənfur işğalın konteksində adam istəmir ki, başqa məsələldən bəhs edib, Ukraynanın haqlı mübarizəsinə kölgə salsın.
Lakin son günlər ard-arda ölkəmizə qarşı qərbdən atılan addımlar bunlara toxunmadan keçməni mümkünsüz edir.
Avropa Parlamenti 30 il ərzində Azərbaycanın suveren ərazilərini (Aİ üz ölkələr hamısı Azərbaycanın suverenliyini və ərazi bütünlüyünü tanıyıb) işğal edib, 21-ci əsrin xəyalət xarabalıqlarını yaradan Ermənistanın bu vandalizmini görməyib, indi ölkəmizi guya Qarabağda erməni mirasına zərər verdiyimizə görə qətnamə qəbul edib. Özüdə nə az nə çox, 635 nəfər “avropalı siyasətçi” lehə səs verib, cəmi 2 nəfər əleyhə gedib. Bu qədər ikiüzlü yanaşma insanı şok edir. Üstəlik hər kəs Ukraynanın Suveren ərazilərinə girən işğalçı Rusiyanın hərəkətini qınayarkən!
Ciddi sual yaranır, necə olur ki, haqlı olaraq İşğalçının birinə bütün yolları bağlayır, sanksiyalar tətbiq edir, hətta işalçını cəzalandırmaq üçün Ukraynaya maddi, silah və insan dəstəyi verirsiz, amma Azərbaycanın suveren ərazilərinə girib, bütün ərazisini səhraya çevirən, bütün tarixi-mədəni irsini yox edən Ermənistanı qınamaq bir yana, bəsləyir, dəstəkləyirsiz? Sizin ədalətinizə bundan sonra kim güvənər?
Ukraynaya rus təcavüzünün 17-ci günündə BMT-nin açılamasına görə 564 sivili qətl edildi və haqlı olaraq bu hərəkətin Cenevrə Konvensiyasına görə müharibə cinayəti olduğu yüksək səslə bildirilir və dərhal Haqa Tribunalı önünə gətirildi məsələ. Halbuki bu 564 rəqəmi erməni vəhşilərinin Xocalıda sadəcə bir gecədə əliyalın 613 sivilin qətledilməsindən daha azdır və üstəlik birbaşa hərəfə alınıb, gözü oyularaq, qarnı şişlənərək, yandırılaraq qəddarca edilib hansısa bombalama zamanı birbaşa və ya dolaylı olaraq ölməyib…
Sadəcə Ermənistanın ərazilərimizi işğalı zamanı öldürülənlərdən, əsir alınlanlardan başqa bu gün 4000-dən çox vətəndaşımızın taleyindən xəbər yoxdur. (O cümlədən mənim şəxsən qohumlarımdan da…) Son günlər məlum olur ki, onlar kütləvi qətledilib toplu çuxurlara atılıb. Bir neçə toplu məzarın tapılması bunu sübut edir.
İşğalçı Rusiyaya haqlı olaraq ağır iqtisadi və siyasi sanksiyalar qoyulur, Putini və onun emsarlarını hər yerdə boykut edir, Lavrov hətta ekranda danışarkən belə ona arxasını dönüb, gedirlər. ABŞ-ın ən böyük sosial şəbəkə devi olan Meta şirkəti bir az da irəli gedib, bu işğalçılara söyməni, onlara yönəlik nifrət nitqini, ölüm təhdidini qoruma altına alıb, sərbəs olduğunu ifadə edir.
Halbuki Xocalı soyqırımını birbaşa idarə edən və praktik iştirak edən Köçəryan və Sarkisyan tam 20 il məhz bu Avropalıların hər zaman mataq dəvətlisi olaraq, Brüssüldə, Strasburqda, Parisdə, Londonda, Berlində, Vaşingtonda və digər yerlərdə yüksək nəvaziş və hörmətlə qəbul edilib, şənlərinə təriflər deyilib, kürəkləri sığallanıb, yardımlar dəstəklər verilib…
Avropa Parlamentində oturan “kalustuklu mədəni avropalı siyasətçilər” bir dəfə olsun işğalçı Ermənistana bu qətliamların, bu müharibə cinayətlərinin, bu itkin talelərin aqibətini soruşmayıb, cinayətlərdə birbaşa iştirak edənlərə isə daim yaşıl işıq yandırıb. Aİ qətnaməsində Azərbaycanda ermənifobiya siyasətini pisləyərkən, bütün Qərb rusafobiyanı zərurət kimi təbliğ edir.
Digər bir şokedici yanaşma ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədrinin təktərəfli bəyanatı oldu.
2 gün öncə “sülhməramlı”ların nəzarətindəki ərazidə Azərbaycan əsgərinə atəş açan və bir əsgərimizi şəhid edən qanunsuz silahlı erməni silahlısı cavab atəşi zamanı ölüb. Bu olay ABŞ-lı həmsədri yaman narahat edib və şəxsən onun adını çəkərək ölümündən üzldüyünü, başsağlığı filan verib, sonra da bizi hədəf alıb….
İndi təsəvvür edin ki, ABŞ-lı bir diplomat Ukraynanın əsgərinə atəş açan “Donbas Respublikası”ərazisində olan qanunsuz silahlı bir rusun ölümünə üzüldüyünü və Ukraynanı qınayan bir açıqlama verir? Təsəvvür edə bilirsizmi? Mümkün deyil. Bu qədər ikiüzlü yanaşma düşünən hər kəsi incidir, hiddətləndirir.
Toplu qətledilənlər müsəlman, boşnak, azərbaycanlı, uyğur, ərəb, əfqan, çeçen … olduqda ciddi hərəkət yox, onlar seçkin deyillər, eləmi?
Cənablar, bu gün dünya barışını təhdid edən ən böyük təhlükə nə putinlərdir, nə digərləri, onlar gəldi-gedərlərdir. Dünya barışını təhdid edən ən böyük təhlükə ədalətsiz yanaşmalar, ikili standartlar, bərabərsizliklərdir, diskriminasiyalardır. Bunları aradan qaldırmadan daha çox stalinlər, putinlər yaradacsız.
Mia.az
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub