“Youtube” Rusiyanın media hesablarını bloklayır

img

11-03-2022 [23:23]


ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.

Mia.az xəbər verir ki, bu barədə videohostinqin tviter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, - deyə məlumatda vurğulanıb

“YouTube” Rusiyadakı platformasında da bütün monetizasiya üsullarını dayandırıb.

Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada “RT” və “Sputnik”in “YouTube” kanalları bağlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR