Peizdentin köməkçisindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: "Biz Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsasını qoymuş oluruq"
11-03-2022 [22:59]
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, bu gün Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağı xüsusi vurğulanıb.
“Dövlətimizin başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu layihənin həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın Naxçıvanı blokadada saxlanması siyasətinə son qoyulacaq. Azərbaycanın iki regionu - Şərqi Zəngəzur ilə Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısı yaradılacaq”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Bildirilib ki, bununla bərabər, layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu yeni çoxtəyinatlı dəhlizin əsasını qoyur.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin, Prezident İlham Əliyev tərəfindən "dostluq sərhədi" adlandırılan Azərbaycan-İran sərhədinin ölkəmizə aid hissəsinə nəzarətin təmin edilməsinin bu nəqliyyat-rabitə layihəsinin həyata keçirilməsinə imkan yaratdığını vurğulayan Hikmət Hacıyev deyib: “Anlaşma Memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.
Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq”.
****
"Biz bir il yarımdan artıq müddətdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı Ermənistandan bir cavab gözləyirik. Ermənistan düşünməyinə davam etsin. Ancaq biz praktiki olaraq işimizi görməkdə də davam edirik".
Bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.
Prezidentin köməkçisi bildirib ki, bu gün Azərbaycanla İran arasında bir sənəd imzalanacaqdı: "Həmin razılaşmaya görə Zəngilanın Ağbənd qəsəbəsindən avtomobil və dəmiryolu vasitəsilə İrana və oradan keçərək Naxçıvana, oradan isə Türkiyəyə keçə biləcəyik. Biz Avrasiya qitəsində artıq yeni bir dəhlizin əsasını qoymuş oluruq".
Prezidentin köməkçisii Qarabağdakı Ermənistanın qeyri-qanuni hərbi birləşmələrindən də söz açıb: "Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur. Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin. Belə halların olması təəssüfedicidir. Vəziyyət tam nəzarətimiz altındadır".
MİA.AZ
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq