Televiziya və radio yayımı üçün lisenziyaların dövlət rüsumu bəlli oldu

img

01-03-2022 [18:32]


Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dəyişiklik edilir.

Mia.az xəbər verir ki, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə siyahıya ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru əlavə edilir.

Hazırda isə bu siyahıya Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5 000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla hayata keçirilməsini təmin edən fəaliyyət daxildir.

Bununla belə, dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR