Yevlaxda sayt rəhbərləri saxlanılıb

img

25-02-2022 [10:47]


Yevlaxda sayt rəhbərləri saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri - E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub