“Mərmər soyuğu” filminin çəkilişi başa çatıb

img

23-02-2022 [10:56]


Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb.

“Azərbaycanfilm” kinostudiyasından Mia.az-a verilən məlumata görə, hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Filmdə baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər. Ekran əsərinin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, "İctimai TV”, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR