Lənkəranda küçəyə atılmış körpə tapıldı

img

16-03-2014 [23:36]


Lənkəran rayonunda küçəyə atılmış körpə tapılıb. MIA-nın APA-ya istinadən məlumatına görə, uşaq bu gün saat 17.00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində Mirsalam adlı yerli sakin tərəfindən aşkarlanıb.

Uşaq aşkarlanan zaman yanında ona aid paltar və digər əşyalar da qoyulubmuş. Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Onların müdaxiləsi ilə körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Təxminən 3 aylıq olan oğlan tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı problem olmadığı müəyyənləşib. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.

Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində körpənin valideynlərinin kimliyi araşdırılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA