Ata Abdullayev yenı hakim qarşısına çıxarıldı

img

16-02-2022 [13:44]


Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən bloger Ata Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında məhkumun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Vəkillər gələn prosesdə vəsatətlərlə çıxış edəcəklərini bildiriblər.

Məhkəmənin baxış iclası martın 2-nə təyin olunub.

Qeyd edək ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü il 7 il azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR