Rəqqasə Oksana: "Allahım, sən o qızın ailəsinə səbr ver"

img

14-02-2022 [22:00]


Rəqqasə Oksana Rəsulova son günlər baş verən qadın zorakılığı və qətlləri ilə bağlı ölkə başçısına müraciət edib.

O, bu cür halların sayının günü-gündən artması onu narahat edir:

"Nə qədər olar axı? Bu, nə dərəcədə vəhşilikdir. Allahım, sən o qızın ailəsinə səbr ver. Xahis edirəm, bir tədbir görülsün, belə insanlar var və çoxdur. Ən ağır cəza ilə cəzalandırılmalıdırlar. Belə hadisələr daha çox kəndlərdə, rayonlarda baş verir. Orada qadınlara dəstək üçün onlara motivasiya vermək məqsədiylə "zorakılığa və şiddətə son qoyaq" aksiyaları keçirmək lazımdır. Hər gün belə bir xəbər eşidirik, bu hər bir qızın başına gələ bilər. Allah qorusun. Xahiş edirəm ,bu məsələyə biganə qalmayaq".

Axsam.az


Digər xəbərlər
SON XƏBƏRLƏR