Mahir Emreli: "Azərbaycanda hamı Robert Prosineçki üçün darıxır"
10-02-2022 [14:47]
"Azərbaycanda hamı Robert Prosineçki üçün darıxır".
Bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli onu Azərbaycan millisinə ilk dəfə dəvət etmiş Robert Prosineçki barədə "Sportske novosti"yə müsahibəsində bildirib.
25 yaşlı hücumçu 53 yaşlı mütəxəssisin onu çox gözlətmədiyini bildirib: "Əvvəlcə Prosineçki məni San Marino ilə səfər oyununa apardı. Daha sonra Qətərlə yoldaşlıq görüşündə iştirak etdim. Ardınca Norveçlə ilk rəsmi matçıma çıxdım. Həmin oyundan əvvəl onun mənə dediyi sözləri heç vaxt unutmayacağam. 19 yaşım var idi və çox həyəcanlı idim. Bunu hiss edən Prosineçki nahardan sonra məni kənara çağırdı. O, "Səbrli ol, sərbəst oyna" dedi və əlavə etdi ki, dünyada futbolçu olmaqdan yaxşı heç nə yoxdur. Çünki futbol başqa peşələrə bənzəmir. Yəni, mən bu anlardan zövq alıram, gəncəm və qorxu barədə fikirləşmirəm. Bu sözləri indiyədək xatırlayır və özünəməxus motivasiya kimi istifadə edirəm".
Emreli xorvatiyalı baş məşqçi ilə uzun müddətdir ünsiyyətdə olmadığını sözlərinə əlavə edib: "Lakin zaman-zaman onun sözlərini yada salıram. Biz böyük yarışlarda heç vaxt favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı çıxış etmiş və ciddi inkişafa nail olmuşuq".
Forvard yığmanın digər xorvatiyalı sabiq baş məşqçisi Nikola Yurçeviç haqqında da danışıb: "Yurçeviç əla insan və məşqçidir. Təəssüf ki, o da yığmada uzun müddət baş məşqçi olmadı, cəmi bir il çalışdı. Onun dönəmində Bakıda Macarıstana qol vurdum, Xorvatiyaya qarşı yaxşı çıxış etdik. Yurçeviç oyunçuları əla başa düşür, onlara daim dəstək olurdu. Onunla qonşu idik, özünə və ailəsinə hörmətlə yanaşıram"/Report.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə, Nikola Yurçeviç isə 2019-cu ildə çalışıb.
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub
Partiya sədri istefa verdi - Qızının parno görüntülərinə görə
Milli Məclisdə büdcə müzakirəsi davam edir
Dövlət katibinin müşaviri Bakıda Şəhidlər xiyabanında - FOTOLAR
Dünyanən ən güclü yığma komandaları - İlk 10-luq açıqlandı
Klinikada dava düşüb
"Canımın hayındayam" - Abid Şərifov
Azərbaycan nefti cüzi ucuzlaşdı
"YouTube" ləğv etdiyi funksiyanı geri qaytarır
Bu gün Xətai və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq - Xəbərdarlıq
Üç astronavt kosmosda qalıb - Geri dönüş kapsulasının zədələnib
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı