Bakıda evin zirzəmisindən insan sümükləri tapıldı

img

13-03-2014 [11:30]


Bakıda təmir-tikinti işləri çərçivəsində aparılan qazıntı işləri zamanı insan sümükləri tapılıb. Hadisə Səbail rayonu Ə.Əliyev küçəsi 6 ünvanında baş verib. 

Ev sahibi mənzilini təmir etdirərkən zirzəmidə qazıntı işləri aparılıb. Bu zaman təxminən 2 metr dərinlikdən insan sümükləri çıxıb. Dərhal hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı məlumat verilib.

Sümüklərin kimə məxsus olması, ölən şəxsin hansı səbəbdə zirzəmidə basdırılması, eləcə də həmin şəxsin hansı səbəbdən və nə zaman ölməsi araşdırılır. Müvafiq ekspertizalar təyin edilib.
Mənbə
Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA